Dek 17, 2020 15:54 Asia/Baku
  • Türkiyə XİN başçısı ABŞ-ı tənqid edib

Türkiyənin xarici işlər naziri ABŞ-ın ölkəsinə qarşı saksiyalarını hüquqi baxımdan qanunsuz və səhv bir addım kimi dəyərləndirib.

SəhərAzəri Anadolu-ya istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: "ABŞ-ın bu ölkəyə qarşı sanksiya tətbiq etmək qərarı hüquqi və siyasi baxımdan səhv bir addımdır və Türkiyənin suverenliyinə bir hücumdur".

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın bu addımına cavab olaraq, deyib: " Bu sanksiyalarla ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı gücləndirilmiş iş rejimində çalışacağıq".

Həmçinin Türkiyənin Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun da ABŞ-ın Rusiyadan S-400 zenit-raket kompleksinin alınması səbəbiylə Türkiyəyə qarşı sanksiya tətbiq etməsi qərarından sonra yaranan böhrana toxunub və deyib: "Bu böhran siyasət və diplomatiyanın tarix kitablarına ABŞ diplomatiyasının  uğursuzluqlarından biri kimi dərc ediləcək".

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Türkiyənin dörd rəsmi şəxsinə, o cümlədən Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirə qarşı sanksiya tətbiq edib. ABŞ Dövlət katibi Mayk Pompeo deyib ki, Türkiyəyə qarşı sanksiya Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alındığı üçün tətbiq olunub.

Teqlər