Türkiyə Səudiyyə Ərəbistanı-Qətər yaxınlaşmasına münasibət bildirib
Yan 05, 2021 12:15 Asia/Baku
Türkiyə tərəfi Səudiyyə Ərəbistanı Krallığı ilə Qətər dövləti arasında yanvarın 5-dən etibarən sərhədlərin açılmasını məmnuniyyətlə qarşılayır.
SəhərAzəri xəbər verir, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında əksini tapıb.
"Qətər və Səudiyyə Ərəbistanı arasında yanvarın 5-dən etibarən quru, dəniz və hava sərhədlərinin açılması ilə bağlı qərarı alqışlayırıq. Bu qərar 2017-ci ilin iyun ayından davam edən ixtilafın həlli istiqamətində mühüm addımdır. Küveyt başda olmaqla bu məsələdə vasitəçilik edənlərə təşəkkür edirik.Türkiyə bu istiqamətdə bütün addımları dəstəkləməyə davam edəcək", - XİN-dən verilən açıqlamada qeyd olunub.