Türkiyə-Yunanıstan danışıqları bərpa olunub
Şərqi Aralıq dənizi regionunda bir neçə ay davam edən gərginlikdən sonra Türkiyə və Yunanıstan bazar ertəsi günündən uzunmüddətli münaqişələrin aradan qaldırılmasına yönəlmiş danışıqları bərpa ediblər.
SəhərAzəri xəbər verir ki, Hər iki ölkənin bazar ertəsigünkü görüşdən öncə bu görüşün faydalılığı ilə bağlı nikbinlik ifadə etdiyini bildirən diplomatik mənbələr onun gündəliyinin hələ müəyyənləşdirilmədiyini qeyd ediblər.
NATO üzvləri olan Türkiyə və Yunanıstan 2002-ci ildən 2016-cı ilə qədər altmış mərhələdə apardıqları danışıqlarda cüzi irəliləyişə nail olublar.
Danışıqların bərpası ilə bağlı razılığa gəlinməsinə baxmayaraq, Afina şənbə günü bəyan edib ki, milli suverenlik haqqında deyil, yalnız Şərqi Aralıq dənizində yerləşən şelf və xüsusi iqtisadi zonaların sərhədlərinin müəyyən edilməsi barədə danışacaq. Ankara isə Egey dənizindəki adaların mülki adalar olması və bölgənin hava məkanına dair mübahisəli məsələlər barədə danışıqlar tələb edir.