Pakistan-Türkiyə birgə hərbi manevri keçirilir
Pakistanın şimal-qərbində Atatürk-11 adlı Pakistan - Türkiyə xüsusi təyinatlı qüvvələrinin birgə manevri başlayıb.
SəhərAzəri xəbər verir ki, Pakistan ordusunun xüsusi əlaqələr şöbəsinin bildirdiyinə görə,Türkiyə ilə ortaq təlimin açılışı bu gün Xüsusi Təyinatlı Qüvvələrin (SSG) İslamabaddan 105 km məsafədə yerləşən "Terbila" bölgəsindəki qərargahında təşkil edildi.
Birgə hərbi təlim üç həftə davam edəcək və hər iki tərəfdəki qüvvələr bir-birlərinə yeni döyüş texnologiyaları, terrorla mübarizə əməliyyatları, nizamsız müharibə əməliyyatları, partlayıcı maddənin məhv edilməsi, girov götürülmə və sərbəst düşmə bacarıqlarını tətbiq edəcəklər.
Pakistanın Türkiyə ilə yaxın əlaqələri var və iki ölkə arasındaki siyasi, hərbi, təhlükəsizlik və dəniz sahələrində əməkdaşlıqları həməşə diqqət mərkəzində olub.
Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, Pakistanlı və azərbaycanlı həmkarları ilə üçtərəfli görüşdə iştirak etmək üçün 15 yanvar tarixində rəsmi ziyarət üçün İslamabada getdi.
İslamabad və Ankara regional və beynəlxalq inkişaflarda oxşar mövqeyə malikdirlər.
Pakistan Xarici İşlər Nazirliyi 17 dekabr tarixində ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalarından narahatlıq ifadə edərək İslamabadın başqa ölkələrə qarşı hər hasnı bir məcburi hərəkət etmklə qarşı olduğunu elan etdi.
Pakistan ordusunun hazırkı komandanı və o vaxtkı Xarici İşlər Naziri General Qəmar Cavid də 2017-ci ilin yay mövsümü və payızında Türkiyəyə səfər etdi və Pakistan hökuməti və ordusu tərəfindən qarşılandı.