Fev 18, 2021 09:11 Asia/Baku
  • Türkiyə COVID-19 tədbirlərinin icrası üçün yeni qərara gəlib

Türkiyənin səhiyyə naziri COVID-19 tədbirlərinin həyata keçirilməsinə dair qərarların bundan sonra bölgələr səviyyəsində alınacağını bildirib.

SəhərAzəri xəbər verir, Fəxrəddin Koca bu ölkənin koronavirusla mübarizə üzrə elmi qərargahının iclasının sonunda deyib: Bundan sonra koronavirus tədbirlərinin görülməsi tərzi ilə bağlı qərar bölgə rəhbərləri tərəfindən və həmin bölgələr və şəhərlərdə koronavirusa yoluxma və bu virusun yayılması miqdarına əsasən, qəbul edilərək, tətbiq olunacaq.

Türkiyənin səhiyyə naziri vaksini və düzgün informasiyanın verilməsini COVID-19-la mübarizədə iki mühüm silah adlandırıb və qeyd edib ki, indiyədək bu ölkə vətəndaşlarına beş milyon doza vaksin vurulub və onların 800 min halı vaksinasiyanın ikinci etapıdır.

Fəxrəddin Koca deyib ki, son günlər bu ölkədə koronavirusa gündəlik yoluxma miqdarı səkkiz min nəfərə, vəfat edənlərin sayı isə gündə yüz nəfərə çatıb və bu məsələ nigaranedicidir.

Teqlər