Mart 04, 2021 10:16 Asia/Baku
  • Türkiyə ikinci S-400 yükünün alınması barədə Rusiya ilə məşvərət edib

Türkiyə Amerikanın xəbərdarlıqları və sanksiyalarına rəğmən, S-400 hava hücumundan müdafiə sistemi yükünün alınması və onun birgə istehsalı üzrə Rusiya ilə müzakirəni davam etdirəcək.

SəhərAzəri xəbər verir, Türkiyənin müdafiə sənayesi naziri Esmail Demir Amerikanın sanksiyalarını nəticəsiz adlandıraraq, deyib: Bİzim S-400 hava hücumundan müdafiə sistemi yükünün alınması və onun birgə istehsalı üzrə Rusiya ilə müzakirələrimiz yekun mərhələlərindədir.

Amerikanın/ S-400 raket sistemini satın almasına görə, Türkiyəyə qarşı sanksiyalarını qəddarcasına adlandıran Esmail Demir bildirib ki, Ankara Vaşinqtonun təzyiqlərinə təslim olmayacaq.

Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sisteminin 2019-cu ilin iyulundan Türkiyədə yerləşdirilməsi Amerika ilə Türkiyə arasındakı çəkişmələrdə kulminasiya nöqtəsidir.

Vaşinqton istəyibdir ki, Türkiyə bu razılaşmanı Amerikanın «Patriot» sistemlərinə görə, kənara qoysun və təhdid edibdir ki, Türkiyə ilə F-35 qırıcıları barədəki müqaviləni ləğv edəcək.

Bununla belə, Ankara Rusiyanın S-400 raket sistemlərinin əlavə yükü ilə bağlı müzakirələri davam etdirib.

Teqlər