İyun 12, 2021 09:46 Asia/Baku
  • Türkiyə ordusunun İraqın şimalına qarşı qanunsuz hücumları davam edir

Türkiyə ordusunun qüvvələri İraq ərazisindəki qanunsuz hücumlarının davamında PKK-nın iki üzvünü öldürüblər.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə müdafiə nazirliyi bir məlumatda bildirib ki, bu iki PKK üzvü İraqın şimalında keçirilən «İldırım pəncəsi» adlı əməliyyatda və Türkiyə ordusunun qüvvələri ilə döyüşdə öldürülüb.

Türkiyə müdafiə nazirliyi elə bir halda İraqın şimalında əməliyyatların davamına təkid edibdir ki, İraq hökuməti bundan öncə rəsmi bir bəyanatda Ankara başçılarından istəmişdi ki, Türkiyə hərbçilərinin İraq ərazisindəki iştirakına son qoysun.

Teqlər