Türk Şurası dövlət başçılarının VIII Zirvə Görüşü keçirilib
https://azeri.sahartv.ir/news/türkiyə-i383112-türk_Şurası_dövlət_başçılarının_viii_zirvə_görüşü_keçirilib
Türkiyənin ev sahibliyi ilə İstanbulun "Demokratiya və Azadlıqlar Adası"nda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 13, 2021 10:35 Asia/Baku
  • Türk Şurası dövlət başçılarının VIII Zirvə Görüşü keçirilib

Türkiyənin ev sahibliyi ilə İstanbulun "Demokratiya və Azadlıqlar Adası"nda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, "Rəqəmsal dövrdə yaşıl texnologiyalar və ağıllı şəhərlər" mövzusuna həsr olunmuş bu zirvə görüşündə, Azərbaycan Respublikası prezidenti İlham Əliyev,  Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev iştirak ediblər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu görüşdə, gələcəkdə bu şurada Kiprin türk hissəsinin iştirakına ümid etdiyini ifadə edərək, deyib: "Türk Şurasına üzv ölkələr quru, dəniz və hava ticarəti sahəsində əməkdaşlığı gücləndirməlidirlər".