Türkiyədə inflyasiya göstəricisi maksimum həddə çatıb
https://azeri.sahartv.ir/news/türkiyə-i383784-türkiyədə_inflyasiya_göstəricisi_maksimum_həddə_çatıb
Türkiyə lirəsinin dəyərinin tarixi tənəzzülündən sonra bu ölkənin illik inflyasiya göstəricisi noyabr ayında ötən üç ildə maksimum həddə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 05, 2021 09:34 Asia/Baku
  • Türkiyə lirəsi
    Türkiyə lirəsi

Türkiyə lirəsinin dəyərinin tarixi tənəzzülündən sonra bu ölkənin illik inflyasiya göstəricisi noyabr ayında ötən üç ildə maksimum həddə çatıb.

SəhərAzəri-nin məlumatına əsasən, Statistikalar göstərir ki, noyabr ayında Türkiyədə inflyasiya göstəricisi iyirmi bir tam yüzdə otuz bir faizə çatıb. Bu məsələ lirənin tarixi tənəzzülünə səbəb olan faiz dərəcəsinin hücum xarakterli azaldılması üzrə son riskləri daha çox sərgiləyir.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın təzyiqi altında bu ölkənin mərkəzi bankı Türkiyənin bank faizi dərəcəsini sentyabr ayından etibarən, on doqquz faizdən on beş faizə endirib və bu məsələ Türkiyənin real rentabelliyini son dərəcə neqativləşdirir. Bu, investorlar və əmanətçilər üçün bir xəbərdarlıqdır.

Türkiyə lirəsi cari ildə ABŞ dolları qarşısında öz dəyərini 46 faiz itirib və bu rəqəmin təkcə otuz faizi ötən aya aiddir.

Ərdoğan bu həftə, geniş tənqidlərə rəğmən, hökumət, nəzarət orqanları və banklar cəmiyyəti tərəfindən rəğbətlə qarşılanan özünün, aşağı dərəcəli faiz siyasətini müdafiə etdikdən sonra Türkiyə lirəsinin dəyəri ABŞ dolları qarşısında on dördə çatdı ki, bu da bu ölkə tarixində minimum rəqəm sayılır.

Rəy sorğuları göstərir ki, Türkiyə xalqı statistikaların düzgünlüyünü şübhə altına alır. Türkiyə xalqı bu qənaətdədir ki, cari il boyu illik formada artmış qida maddələri kimi əsas malların qiymətlərinin yüksəlməsinə əsasən, inflyasiya deyilənlərdən daha yuxarıdır.