Oliver Varhelyi: Türkiyədə qanunun aliliyi əsas narahatlıq olaraq qalır
https://azeri.sahartv.ir/news/türkiyə-i389890-oliver_varhelyi_türkiyədə_qanunun_aliliyi_əsas_narahatlıq_olaraq_qalır
Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi bildirib ki, Türkiyənin Avropa İttifaqına üzvlük müzakirələri Ankaranın daxili siyasətdə standartlara riayət etmədiyi səbəbindən dayandırılıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 07, 2022 13:53 Asia/Baku
  • Oliver Varhelyi: Türkiyədə qanunun aliliyi əsas narahatlıq olaraq qalır

Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi bildirib ki, Türkiyənin Avropa İttifaqına üzvlük müzakirələri Ankaranın daxili siyasətdə standartlara riayət etmədiyi səbəbindən dayandırılıb.

SəhərAzəri-nin məlumatına əsasən, Varhelyi Avropa Parlamentinin plenar iclasında Avropa İttifaqının Türkiyə üzrə 2021-ci il hesabatını təqdim edərkən, əlavə edib: "Türkiyə Avropa İttifaqından uzaqlaşmağa davam edib. Bu səbəbdən Türkiyə ilə üzvlük danışıqları dalana dirənir".

"Türkiyədə qanunun aliliyi və fundamental hüquqlar əsas narahatlıq olaraq qalır. Siyasi partiyaların, insan haqları müdafiəçilərinin və medianın hədəfə alınması insan haqları sahəsində böyük uğursuzluqları ifadə edir və Türkiyənin demokratiya, qanunun aliliyi və qadın hüquqlarına hörmətlə bağlı öhdəliklərinə ziddir", - deyə Avropa İttifaqının komissarı qeyd edib. 

Türkiyə 1987-ci ildə Avropa Birliyinə rəsmi müraciət etdikdən sonra 1999-cu ilə qədər namizəd ölkə statusunu almağı gözlədi. Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlar yalnız 6 il sonra 2005-ci ildə başlayıb, lakin o vaxtdan bəri danışıqlar prosesi sanki dalana dirənib.

2019-cu ildə Brüssel Ankaranı azad media və vətəndaş cəmiyyətini sıxışdırmaqda ittiham etdikdən sonra Türkiyə ilə Avropa İttifaqı danışıqları başa çatdı.

Mart ayının sonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Avropa İttifaqına üzvlüyü prosesinin uzadılması məsələsini irəli sürdü və qeyd etdi ki, Ankaranın üzvlüyü ilə bağlı danışıqlar sürətləndirilməlidir ki, Ukraynanın Avropa İttifaqına müraciətindən sonra Türkiyəyə layiq olduğu status verilsin.