Ərdoğan türk xalqının rəyinə uyğun addım atdı
Türkiyə prezidenti Aşura mərasimində iştirak edib
Avq 09, 2022 11:00 Asia/Baku
Türkiyə prezidenti Aşura mərasimində iştirak edib.
SəhərAzəri-nin məlumatına əsasən, Rəcəb Təyyib Ərdoğan Aşura günü ilə bağlı paylaşım edib.
Prezident bu haqda tvitter hesabında yazıb: “Birlik və bərabərliyin simvolu olan Aşura və Məhərrəm ayının İslam dünyası üçün xeyirli olmasını diləyirəm. Şəhidliyinin ildönümündə şəhidlərin ağası, Peyğəmbərin nəvəsi həzrəti Hüseyn əfəndimizi və Kərbəla şəhidlərini rəhmətlə yad edirəm”,- deyə paylaşımda qeyd olunub.
Daha sonra Ərdoğan Aşura münasibəti ilə Türkiyə ələvilərinin məclisində iştirak edib və sinə vurub.
Məclisdə vitse-prezident Fuat Oktay, daxili işlər naziri Süleyman Soylu, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da iştirak edib.