Okt 18, 2022 12:54 Asia/Baku
  • Yunanıstan və Türkiyə arasında söz atışması davam edir

Türkiye Prezident Administrasiyasının kommunikasiya direktoru Yunanıstanı qaçqınlara qarşı sərt rəftarından tez bir zamanda əl çəkməyə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə və Yunanıstan sərhəddinə qeyri-münasib vəziyyətdə olan qaçqınların fotolarını paylaşdıqdan sonra Yunanıstanın miqrasiya və sığınacaq naziri Notis Mitaraçi Türkiyənin qaçqınlara qarşı davranışını "sivilizasiya üçün utancverici" adlandırıb. Türkiyə bu ittihamları rədd edib və bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Yunanıstanın ünvanına oxşar ittihamlar səsləndirib. Amma ritorika bununla bitməyib.

TRT kanalının məlumatına görə, Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Notis Mitarakis tərəfindən irəli sürülən iddialarla bağlı bir tvitdə Yunanıstanı qaçqınları döyməkdə, suya atıb-boğmaqda və Türkiyəyə qarşı saxta və əsassız ittihamlar irəli sürməkdə ittiham edib. 

Yunanıstanın miqrasiya naziri Notis Mitaraçinin öz Tviter səhifəsində paylaşdığı fotoda çılpaq halda olan 92 kişi görünür ki, nazirin sözlərinə görə, onlar türk qayıqları ilə Evros sərhəd çayına gətiriliblər. 

BMT-nin Qaçqınlar Agentliyi Yunanıstanın Türkiyə ilə quru sərhədində 92 çılpaq insanın tapılması ilə bağlı "şokedici hesabatlar və görüntülərdən dərin kədərləndiyini" bildirərək, təcili araşdırmaya çağırıb. 

Teqlər