Türkiyədə inflyasiya göstəricisində digər bir rekord
Türkiyədəki indekslər göstərir ki, bu ölkədə inflyasiya göstəricisinin artması oktyabr ayında da davam edibdir.
Türkiyənin 85 milyonluq əhalisi və daha çox orta təbəqə bir ildən çoxdur ki, alqı qüdrətini artırmaq və məişət durumunu nisbətən yaxşılaşdırmaq üçün ayları və günləri sayır.
Əhaliyə görə qiymət artımları bir neçə lirə həddində deyil, yüksəliş xətti ilə artmaqdadır və nə vaxtadək davam edəcəyi də bəlli deyil.
Amma ötən milad ilinin sonuna iki ay qalmışdan inflyasiya göstəricisi yüksəliş xətti ilə atmaqda olub və ilin heç bir ayında azalmaqda olmayıbdır. Elə bu keçən ayda inflyasiya indeksi yenə də üç tam yüzdə əlli dörd faiz artdı ki, Türkiyədə inflyasiyanın dövlət rəqəmini səksən beş tam yüzdə əlli bir faizə çatdırmış olsun.
İqtisadi ekspertlər hazırda baş alıb gedən inflyasiya göstəricisini Türkiyə tarixində tayı görünməmiş bir inflyasiya kimi dəyərləndirirlər.
Ötən ilin noyabrından bəri azalma prsosesini keçən Türkiyə lirəsinin dəyəri də bazarda səbatsız qalmaqda davam edir.
Hazırkı inflyasiya indeksi Türkiyənin rəsmi bildirişinə əsasən, səksən beş faizdən yuxarıdır. Belə bir halda, Türkyədəki inflyasiya ilə bağlı müstəqil təhqiqat qrupu bu ölkədəki illik inflyasiya göstəricisini 185 faizdən çox elan edibdir.