Fev 09, 2023 17:35 Asia/Baku
  • Can Dündar: Zəlzələ Ərdoğanı da siyasətin dağıntıları altında basdıracaq

Türkiyədə zəlzələdən sonra axtarış-xilasetmə tədbirləri davam edərkən siyasi gərginlik də yüksəlir.

SəhərAzəri-nin məlumatına əsasən, Ərdoğan hökumətinin dağıntılar altında qalan, bu şaxtalı günlərdə evsiz-eşiksiz qalmış insanlara qarşı laqeyd hərəkətləri və səhlənkar yanaşmaları həm xalqın haqlı narazılığına səbəb olmuşdur. Belə ki, yayılan videolardan da göründüyü kimi dağıntılar altında qalmış insanların çoxu yardım olmadığına görə, soyuqdan dondaraq həyatlarını itiriblər. Ona görə də sosial şəbəkələrdə hökumət əleyhinə tənqidlər artır. Belə bir məqamda Türkiyədə Tvitterə girişin məhdudlaşdırıldığı bildirilir. Sosial şəbəkələrdə tənqidi yazılar yazanların polisə çağırıldığı, yazıların sildirildiyi deyilir.

Bu arada ölkənin əsas müxalifət partiyası olan CHP-nin sədri Kamal Kılıçdaroğlu da hökumətə müraciət edib, yardımlar üçün bürökratik əngəlləri aradan qaldırmağa çağırıb.

Tanınmış jurnalist Can Dündar isə minlərlə insanın aciz halda ölməsinin səbəbkarı kimi Türkiyə Prezidenti Rəcəb Təyyip Ərdoğanın hakimiyyətini göstərib.

“Süleyman Dəmirəl tez-tez təkrarlayardı: “Siyasətə necə gəlmisənsə, elə də gedəcəksən”. Ərdoğan 1999-cu ildəki zəlzələ ilə siyasətə gəldi. Görünən odur ki, 2023 zəlzələsi ilə gedəcək. Minlərlə qurbanı olun bu zəlzələ Ərdoğanı da siyasətin dağıntıları altında basdıracaq. Yaratdığı təkadamlıq rejimi dağıntılar altında qaldı. İqtidar acgözlüyü ilə bütün ipləri əlinə aldı. Bütün qurumları özünə bağladı. Heç bir etiraza dözə bilmədiyinə görə yanında yalnız “bəli, cənablar” deyənlər qaldı. Nəticə nədir? Türkiyə, tarixinin ən böyük faciəsini yaşayır. 100 minlərlə insan dağıntılar altındadır. Dağıntılar altında qışqırır, milyonlarla insan kömək etməyə çalışır. Amma dövlət iflic vəziyyətindədir”.

 

Teqlər