Türkiyə prezident seçkilərinə namizədlərin qeydiyyatı başlanıb
https://azeri.sahartv.ir/news/türkiyə-i398333-türkiyə_prezident_seçkilərinə_namizədlərin_qeydiyyatı_başlanıb
Bu gün on üçüncü Türkiyə prezident seçkilərinə namizədlərin qeydiyyatı başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 19, 2023 19:30 Asia/Baku
  • Türkiyə prezident seçkilərinə namizədlərin qeydiyyatı başlanıb

Bu gün on üçüncü Türkiyə prezident seçkilərinə namizədlərin qeydiyyatı başlanıb.

SəhərAzəri-nin məlumatına əsasən, On üçüncü Türkiyə prezident seçkiləri, eləcə də bu ölkə parlamentinə iyirmi səkkizinci seçkilər cari il mayın on dördündə keçiriləcək.

Türkiyə prezident seçkilərinə namizədlərin qeydiyyatı onların siyasi partiyalar və seçki koalisiyaları tərəfindən irəli sürülmələri ilə həyata keçir.

Sözügedən seçkilərdə qeydiyyat üçün namizədlərin irəli sürülmələri yüz min vətəndaşın imzasının toplanması yolu ilə də həyata keçirilir.

Siyasi partiyalar tərəfindən irəli sürülən namizədlər üçün son qeydiyyat möhləti martın iyirmi üçü- saat on yeddi,/ vətəndaşlar tərəfindən irəli sürülən namizədlər üçün isə martın iyirmi doqquzu- saat on yeddiyə qədərdir.