Türkiyə sionist rejimin yeni qəsəbə tikintisini pisləyib
Türkiyə Xarici İşlər Nazirliyim sionist rejimin işğal altındakı İordan çayının qərb sahilində təxminən 6 min yeni yaşayış binasının tikintisinə razılıq verilməsini kəskin şəkildə pisləyib və deyib: "Qeyri-qanuni məskunlaşmalar 2 dövlətli həll yolu üçün zəminə ciddi ziyan vurur".
Bundan əvvəl İordaniya və Misir görüşlərində Fələstin Özünü İdarə Təşkilatına qəsəbələrin inşasını dayandıracağına söz verən saxta sionist rejim, həmişə olduğu kimi, vədinə sadiq qalmayıb, altı minə yaxın yeni yaşayış binasının tikintisinə icazə verib.
Sionist rejimin bu qərarı Ankaranın kəskin reaksiyasına səbəb olub.
Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq, sionist rejimin işğal altındakı İordan çayının qərb sahilində təxminən 5700 yeni yaşayış binasının tikintisinə razılıq verilməsi ilə bağlı son qərarını kəskin şəkildə pisləyib.
"Sputnik"in məlumatına görə, Türkiyə hökumətinin bəyanatında deyilir: "Aydındır ki, bu ilin əvvəlindən 13 000 vahidi keçən və yeni rekord qeydə alan qeyri-qanuni məskunlaşmalar iki dövlətli həll üçün əsasları və davamlı sülhün əldə edilməsi perspektivlərini ciddi şəkildə sarsıdır".
Türkiyə sionist rejimi beynəlxalq hüquqa zidd olan və işğal olunmuş ərazilərdə Fələstin xalqının hüquqlarını pozan bu məskunlaşma fəaliyyətlərini dərhal dayandırmağa çağırıb.
Sionistlər bu işğalçı hərəkətin ötən həftə "Əyli" qəsəbəsində 4 sionistin ölümü və daha 4 nəfərin yaralanması ilə nəticələnən şəhadətsevərlik əməliyyatına cavab olduğunu iddia edir. Mühənnəd Şəhadə və Xalid Sabah bu əməliyyatın icraçıları idilər.
Pərdə arxasında sionistlərin işğalçılığını dəstəkləyən ABŞ hökuməti isə bu yaxınlarda hər hansı yeni qəsəbələrin salınması ilə bağlı sionistlərə xəbərdarlıq etdiyini iddia edib. Amm bəzi sionist başçıları ABŞ-a bu qərarla bağlı məlumat verdiklərini və bu ilin sonuna kimi minlərlə digər sionist yaşayış vahidinin tikintisinin təsdiqlənəcəyini bildiriblər.