Türkiyə deyir ki, Ukrayna ilə Rusiya arasında vasitəçiliyə hazırdır
https://azeri.sahartv.ir/news/türkiyə-i401668-türkiyə_deyir_ki_ukrayna_ilə_rusiya_arasında_vasitəçiliyə_hazırdır
Türkiyə prezidenti bildirib ki, əgər iki tərəfin təmayülü olarsa, Ukrayna ilə Rusiya arasında vasitəçiliyə hazırdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2023 11:01 Asia/Baku
  • Türkiyə deyir ki, Ukrayna ilə Rusiya arasında vasitəçiliyə hazırdır

Türkiyə prezidenti bildirib ki, əgər iki tərəfin təmayülü olarsa, Ukrayna ilə Rusiya arasında vasitəçiliyə hazırdır.

Ərdoğan Litvada keçirilən  NATO sammitinin kənarında təşkil olunmuş mətbuat konfransında belə deyib: Əgər tərəflər vasitəçilik təklifi verərlərsə, əlbəttə ki, biz bu işi görməyə sevinəcəyik. Biz Türkiyə ölkəsi olaraq, bu işi görməyə hazırıq. Bildiyiniz kimi, hal-hazırda İstanbul buğdaköçürmə mərkəzinə çevrilib.

Ərdoğan əlavə edib: Biz hər zaman vasitəçiliyə hazırıq və əslində hazırda da bu işi görürük.