Sionist rejimin casusluq agenturası ifşa olunur
Türkiyə MOSSAD-ın 8 agentini ələ keçirdi
Türkiyənin Daxili İşlər Nazirliyi İstanbulda İsrailin xeyrinə casusluq etməkdə, bir sıra şəxslər və şirkətlər haqqındakı gizli məlumat və sənədləri xarici kəşfiyyata ötürməkdə şübhəli bilinən 8 nəfəri saxlayıb.
Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X sosial şəbəkəsində yaydığı məlumatda bildirib ki, həmin şəxslərdən 2-si hələ də saxlanılır, digər 6 nəfər isə məhkəmə nəzarəti altında müvəqqəti azadlığa buraxılıb.
Həmçinin qeyd edilib ki, saxlananlar arasında Əhməd Ersin Tumlucalı adlı özəl detektiv və həyat yoldaşı 2011-2020-ci illər arasında MOSSAD ilə əlaqədə olub, bu müddət ərzində Almaniya və Avstriyada İsrail Xarici Kəşfiyyat Təşkilatının iki üzvü ilə görüşlər keçirib.
Xatırladaq ki, fevralın 3-də də İstanbul Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində İsrail Kəşfiyyat Xidmətinin Türkiyədə yaşayan xarici vətəndaşlara qarşı kəşfiyyat, təqib, hücum məqsədləri olduğu müəyyən edilərək 8 casus həbs olunmuşdu.