Həniyyənin şəhadətinə görə, Türkiyədə ümumi matəm elan olunub
İnformasiya mənbələri dünən gecə bildiriblər ki, Türkiyə Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyənin şəhadətinə görə, cümə günü avqustun ikisini bu ölkədə ümumi matəm elan edib.
Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan İsmayıl Həniyyənin şəhadətinə görə və onun xatirəsini əziz tutmaq üçün cümə gününü bu ölkədə ümumi matəm elan edib.
Bundan öncə Türkiyə xarici işlər naziri Hakan Fidan Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyənin Tehranda namərdcəsinə terror edilməsinə reaksiyada belə demişdi: Həniyyənin qətli amilləri unutmasınlar ki, onu terror etməklə onlar sülhü öldürüb, aradan götürdülər.
Məsud Pezeşkiyanın prezidentlik üzrə andiçmə mərasimində iştirak məqsədilə Tehrana səfər edən Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyə çərşənbə günü iyulun otuz biri, səhər saatlarında şəhid edildi.