Türkiyə kimi müdafiə edir: Fələstini, yoxsa İsrail rejimini?
https://azeri.sahartv.ir/news/türkiyə-i414016-türkiyə_kimi_müdafiə_edir_fələstini_yoxsa_İsrail_rejimini
Türkiyənin hərbi gəmisi ABŞ-la birlikdə İsraili qoruyan təlimdə iştirak edib.
(last modified 2024-08-29T05:11:11+00:00 )
Avq 29, 2024 09:09 Asia/Baku
  • Türkiyə kimi müdafiə edir: Fələstini, yoxsa İsrail rejimini?

Türkiyənin hərbi gəmisi ABŞ-la birlikdə İsraili qoruyan təlimdə iştirak edib.

Bu məlumata əsasən, İsraili qorumaq üçün Şərqi Aralıq dənizinə göndərilən ABŞ-a məxsus hücum gəmisinin keçən həftə Türkiyə gəmisi ilə ortaq dəniz təlimi keçirdiyi məlum olub.

Məlumatda deyilir ki, ABŞ-ın USS Wasp və Türkiyənin TCG Anadolu gəmiləri avqustun 13-17-də birgə dəniz təlimləri keçirib.

Aydınlıq nəşri iddia edir ki, təlim ABŞ Dənizçilik İnstitutu tərəfindən "dayanıqlı əməkdaşlıq və dəniz təhlükəsizliyinə bağlılığın göstəricisi" olaraq xarakterizə edilib. Lakin AKP hökuməti və Milli Müdafiə Nazirliyi bu mühüm hərbi əməkdaşlıqla bağlı heç bir açıqlama verməyib.

Bu səssiz təlimin AKP Hökumətinin İsrailin Qəzzədə həyata keçirdiyi əməliyyatlara reaksiyasından sonra baş tutması diqqət çəkib.