Okt 15, 2024 19:48 Asia/Baku
  • Sobacı İranla bağlı dediklərinə aydınlıq gətirdi

TRT baş direktoru Mehmet Zahid Sobacı Bursa Uludağ Universitetində etdiyi çıxışda bir cümlənin kontekstdən çıxarıldığını və süni gündəm yaradıldığını bildirib.

TRT-nin baş direktoru Mehmet Zahid Sobacı Bursa Uludağ Universitetində qatıldığı tədbirdə etdiyi çıxışda TRT Farsinin yayıma başlayacağını bildirərək, "İranı narahat etmək məcburiyyətindəyik" demişdi.

Sosial media hesabından açıqlama verən Sobacı çıxışında bu cümlənin kontekstdən çıxarıldığını və süni gündəm yaradıldığını qeyd edib.

TRT-nin baş direktoru deyib: “Təxminən bir saat davam edən və bədahətən olan çıxışda bir cümlə əvvəli və sonrası nəzərə alınmadan kontekstindən çıxarılıb və gündəm olub. Kontekstdən çıxarılan cümlə TRT Farsi-ın yaradılmasından sonra bu dildə yayım rəqabətinə vurğunu ehtiva edirdi. Çünki TRT yayımladığı bütün dillərdə yayım uğurları ilə ad çıxarır və bu yarışda həmin dillərdə beynəlxalq rəqib yayımçıları narahat edir”.

Sobacı əlavə edib: “Bu rəqabətli yayım mühitində TRT Farsinin media sahəsində inkişaf edən Türkiyə-İran Əlaqələrini əks etdirəcək bir media olacağına inanırıq. Ona görə də sözügedən çıxışda nəinki Türkiyə-İran münasibətləri nəzərdə tutulmur, həm də bizim rəsmi xarici siyasətimiz prezident Rəcəb Təyyib Ərdoğanın, Xarici İşlər Nazirliyimizin və Kommunikasiya Müdirliyimizin bəyanatlarında təmsil olunur”.

Xatırladaq ki, İran Radio-Televiziyasının beynəlxalq şöbəsinin rəhbəri Əhməd Noruzi "X" səhifəsində paylaşım edərək, TRT-nin baş direktorunun son çıxışı barədə izahat tələb etmişdi.

“Biz Fələstin və Livanda sionist rejimin gündəlik törətdiyi cinayətlər barədə məlumat yaymağa və düşünülməmiş ifadələrdən yayınmağa diqqət yetirsəkdə, müvafiq qarşılıqlı tədbirlər görmək hüququmuzu özümüzdə saxlayırıq. Biz İRİB olara,q ümid edirik ki, Türkiyə rəsmiləri bunu haqlı olaraq qınayacaq və mövzuya aydınlıq gətirəcəklər”, - deyə Əhməd Noruzi vurğulamışdı.