Ərdoğan: BMT işçilərini belə qoruya bilmir, utancvericidir
https://azeri.sahartv.ir/news/türkiyə-i415378-Ərdoğan_bmt_işçilərini_belə_qoruya_bilmir_utancvericidir
Türkiyə prezidenti UNİFİL sülhməramlılarının İsrail tərəfindən hədəfə alınmasına münasibət bildirib.
(last modified 2024-10-16T04:20:56+00:00 )
Okt 15, 2024 14:26 Asia/Baku
  • Ərdoğan: BMT işçilərini belə qoruya bilmir, utancvericidir

Türkiyə prezidenti UNİFİL sülhməramlılarının İsrail tərəfindən hədəfə alınmasına münasibət bildirib.

Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı deyib: “BMT öz işçilərini belə qoruya bilmir. Bu utancvericidir və bizi narahat edir”.

Türkiyə lideri əlavə edib: “İsrail tankları BMT zonasına daxil olur, sülhməramlılara hücum edir, onlardan bəzilərini yaralayır və BMT Təhlükəsizlik Şurası bütün bu quldurluğu sadəcə seyr edir. BMT Təhlükəsizlik Şurası İsraili dayandırmaq üçün nə gözləyir?”