Okt 26, 2024 18:43 Asia/Baku

Ərdoğan: Sionist İsrail regional münaqişəni alovlandırmağa çalışır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sionist rejimin hücumuna məruz qalan İrana keçmiş olsun diləyib və Qəhhar Allahın qəsbkar rejimə qəzəbini gözlədiyini deyib. 

 “Dünən gecə İsrailin təcavüzünün hədəfi olan qonşumuz İran və İran hökumətinə keçmiş olsun diləyirəm. Qərb dövlətləri tərəfindən hərtərəfli ərköyünləşdirilmiş sionist İsrail hökuməti bu cür fəaliyyətlərlə regional münaqişəni alovlandırmağa çalışır. İsrailin və onun havadarlarının bu hiyləsinin qurbanı olmamaq son dərəcə vacibdir. İsrail bu düşüncə ilə, bu zehniyyətlə heç nəyə nail olmayacaq. Duamız budur; “Qəhhar adı xatirinə Allahın onlara qəzəbini gözləyirik”,- Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Hatay'ın Gülderen ərazisində bir iqamətgahın kütləvi açılış mərasimində çıxış edərkən deyib.