Yan 08, 2025 18:53 Asia/Baku
  • Türkiyənin əkisnə olaraq Özbəkistanın İranla daha yaxşı qonşuluq siyasəti

Türkiyənin İran yük maşınları üçün yanacaq vergisindən azad edilməsi qərarını ləğv etdikdən sonra iranlı yük maşını sürücüləri üçün geniş problemlər yaranıb.

Qeyd edək ki, ötən həftə Türkiyə iddia etmişdi ki, bu güzəştin ləğvi ölkənin vergi və gömrük qaydalarını birləşdirmək və qarşılıqlı əlaqə yaratmaq məqsədi daşıyır.Bu arada, İranın Özbəkistanla ticarət əməkdaşlığının yaxşılaşdırılması üçün İran yük maşınlarına tranzit güzəştləri tətbiq edilib. Daşkənddən Tehrana verilmiş bu güzəşt ölkədə xarici yük maşınları üçün tranzit malların qiymətini ən aşağı həddə endirilib. Xatırladaq ki, bu rüsum Əfqanıstan üçün 50 dollar, digər ölkələr üçün isə 400 dollar müəyyən edilib.

Türkiyənin əksinə olaraq Özbəkistanın atdığı bu addım iki ölkə arasında ticarət əlaqələrini yaxşılaşdırmaqla yanaşı, regional ticarətin inkişafı üçün yeni imkanlar yarada bilər.Bundan əlavə Özbəkistanın qonşuluq münasibətlərində göstərdiyi səy İranın Mərkəzi Asiya bazarlarına çıxışını asanlaşdırmağa və İranın regionda mühüm tranzit marşrutu kimi rolunu gücləndirməyə kömək edir.