May 22, 2017 09:57 Asia/Baku
  • BAT Türkiyəni tənqid edib
    BAT Türkiyəni tənqid edib

Beynəlxalq Amnistiya Təşkilatı Türkiyə dövlətinin siyasi maraq əsasında öz müxaliflərini işdən qovmaq cəhdlərini pisləyib.

FransPress-in verdiyi məlumata görə, BAT bu gün bir hesabatda Türkiyə dövlətini ittiham edib ki, 2016-cı il 15 iyul uğursuz dövlət çevrilişindən sonra öz müxaliflərinin çoxunu özbaşınalıqla, ədaləstsizliklə və siyasi maraqlar əsasında işdən qovub. 

Türkiyədə uğursuz dövlət çevrilişindən sonra dövlətin elan etdiyi fövqəladə vəziyyət sayəsində 100 mindən çox Türkiyə vətəndaşını tutduğu vəzifədən yaxud iş yerindən qovub. 

BAT öz hesabatında həmçinin Türkiyə rəsmilərinin sahibkarlar birlikləri, siyasi fəallar və jurnalistlərə qarşı həyata keçirdiyi tədbirləri də kəskin qınayıb. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxtəlif sektorların geniş şəkildə müxaliflərdən təmizlənilməsi əməliyyatını  Amerikada yaşayan Fətulla Gülənin tabeliyində olan şəbəkənin fəaliyyəti ilə əsaslandırır  və Gülənin Türkiyədə dövlət çevrilişinə cəhdin arxasında durduğunu bildirir. Fətulla Gülən bu ittihamları rədd edir.

Teqlər