Beynəlxalq Amnistiya Təşkilatı bu təşkilatın Türkiyədəki ofis rəisinin həbsinə etiraz etdi
Beynəlxalq Amnistiya Təşkilatı cümə axşamı bu təşkilatın Türkiyədəki ofisinin rəisi və bir qrup digər insan haqları müdafiəçisinin həbs edilməsini qınayıb.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Beynəlxalq Amnistiya Təşkilatı bildirib ki, bu təşkilatın Türkiyədəki ofisinin rəisi İdil Eser 7 nəfər ilə birlikdə çərşənbə axşamı Böyükadada "İnformatika İdarəetməsi və Təhlükəsizliyi" mövzusunda təşkil edilmiş təlim kursunda iştirak zamanı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
BAT-ın baş katibi bu hadisəyə reaksiya olaraq, Türkiyə polisinin hərəkətini gücdən sui-istifadə etmək adlandırıb və Türkiyədə insan haqları fəallarının durumunu təhlükəli hesab edib.
Bu qrum İdil Eser və onunla birlikdə saxlanılanların dərhal və qeyd-şərtsiz olaraq azad edilməsini tələb edib.
Beynəlxalq Amnistiya Təşkilatının Türkiyə üzrə xüsusi məruzəçidi Endro Qardner Fransa xəbər agentliyinə verdiyi müsahibədə deyib: bu şəxslər terror qruplaşmasına üzvlük ittihamı ilə istintaqa cəlb olunublar.