Avq 20, 2017 09:05 Asia/Baku
  • Ankara polis rəisi istefa verib
    Ankara polis rəisi istefa verib

Türkiyə KİV-ləri dünən gecə paytaxt Ankaranın polis rəisinin öz vəzifəsindən istefa verdiyini bildiriblər.

İRİB-iin NTV telekanalına istinadən verdiyi məlumata görə, Ankaranın polis rəisi Mahmud Kara Aslan vaxtından əvvəl təqaüd ərizəsi verərək tutduğu vəzifədə qalmağa son qoyub. 

Ankaranın polis rəisinin istefasının səbəbi barədə məlumat yayılmayıb amma deyilənlərə görə, bu qərar onun Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə görüşündən sonra qəbul edilib. 

Öncə də dəniz qoşunlarının yüksək rütbəli bir komandanı öz vəzifəsindən istefa vermişdi. 

Məlumatlı qaynaqlar bu kimi halların uğursuz dövlət çevrilişindən sonra gedən prosseslərlə əlaqəli olduğunu bildirirlər. 

Çevrilişdən sonrakı dövrdə Türkiyədə 110 dövlət işçisi o sıradan minlərlə ordu zabiti və polis əməkdaşı işdən qovulub və 32 min dövlət işçisinin də fəaliyyəti hələlik dayandırılıb. 

Teqlər