Okt 19, 2017 09:52 Asia/Baku
  • Cahangiri Türkiyəyə daxil olub
    Cahangiri Türkiyəyə daxil olub

İran İslam Respublikası prezidentinin birinci müavini Türkiyə rəhbərləri ilə görüş eləcə də D8 qrupunun iclasında iştirak etmək məqsədi ilə dünən gecə Türkiyəyə daxil olub.

İRNA-nın verdiyi məlumata görə, İshaq Cahangiri Ankaraya daxil olarkən Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi tərəfindən qarşılanıb. 

Cahangiri müxbirlərə verdiyi müsahibədə İran və Türkiyənin regionun iki önəmli və təsirli ölkəsi adlandırıb və deyib: İran İslam Respublikası və Türkiiyə qarşılıqlı əməkdaşlıq yolu ilə regionun problemlərini həll edə bilərlər. 

İran prezidentinin birinci müavini Türkiyəyə 3 günlük səfərində bu ölkə rəhbərləri ilə münasibətlərin genişləndirilməsi yollarını, son regional və beynəlxalq hadisələri müzakirə edəcək. 

D8 qrupu inkişaf etməkdə olan 8 müsəlman ölkədən ibarətdir və 1997-ci ildə üzv ölkələr arasında iqtisadi əməkdaşlıqlrın gücləndirilməsi məqsədi ilə yaradılıb. D8 qrupunun üzvləri isə İran, Türkiyə, Pakistan, Banqladeş, İndoneziya, Malayziya, Misir və Nigeriyadan ibarətdir. 

Teqlər