Türkiyədə dörddə bir diplomatın fəaliyyəti dayandırılıb
Noy 17, 2017 06:52 Asia/Baku
Türkiyə xarici işlər naziri deyib: Ankara ötənilki uğursuz dövlət çevrilişi ilə əlaqədar öz diplomatlarının dörddə birinin fəaliyyətini dayandırıb.
Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Mövlud Çavuşoğlu cümə axşamı günü Ankarada Türkiyə Nazirliklərinin Büdcəsinin araşdırılması iclasında deyib: Etibarlı sənədlərə əsasən bu sayda diplomatın fəaliyyəti dayandırılmışdır.
Türkiyədə 2016-cı il 15 iyul uğursuz dövlət çevrilişi ardınca, ölkədə ədliyyə, təhlükəsizlik, diplomatik, hətta təhsil və akademik sahələrdə kütləvi təmizləmələr başlandı.
Ötən il uğursuz dövlət çevrilişində təxminən 250 nəfər həlak oldu, 2 min nəfər yaralandı.
Teqlər