Türkiyədə 42 universitet müəllimi saxlanıldı
https://azeri.sahartv.ir/news/türkiyə-i286688-türkiyədə_42_universitet_müəllimi_saxlanıldı
Türkiyədə Marmara Universitetinin onlarla müəllimi və işçisi 15 iyul uğursuz dövlət çevrilişi və Fətulla Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə saxlanılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 17, 2017 14:41 Asia/Baku
  • Türkiyədə 42 universitet müəllimi saxlanıldı

Türkiyədə Marmara Universitetinin onlarla müəllimi və işçisi 15 iyul uğursuz dövlət çevrilişi və Fətulla Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə saxlanılıb.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə polisi İstanbul şəhəri Marmara Universitetinin 42 işçisinin uğursuz dövlət çevrilişi ilə əlaqədar saxlanıldığını bildirib. 

Ankara baş prokuroru Türkiyənin 108 sabiq təhlükəsizlik zabitinin FETÖ ilə əlaqədə olmaq ittihamı ilə həbsinə order verib. İndiyə qədər onların 80 nəfəri saxlanılıb. 

Qalan müttəhimlərin həbsi üçün əməliyyat davam edir.