Türkiyənin İran ilə iqtisadi əlaqələri beynəlxalq qanunlara uyğundur
https://azeri.sahartv.ir/news/türkiyə-i286953-türkiyənin_İran_ilə_iqtisadi_əlaqələri_beynəlxalq_qanunlara_uyğundur
Türkiyənin baş nazir müavini və dövlət sözçüsü bazar ertəsi günü deyib: Ankara və Tehran arasındakı iqtisadi əlaqələr beynəlxalq qanunlara uyğundur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 21, 2017 06:09 Asia/Baku
  • Türkiyənin İran ilə iqtisadi əlaqələri beynəlxalq qanunlara uyğundur
    Türkiyənin İran ilə iqtisadi əlaqələri beynəlxalq qanunlara uyğundur

Türkiyənin baş nazir müavini və dövlət sözçüsü bazar ertəsi günü deyib: Ankara və Tehran arasındakı iqtisadi əlaqələr beynəlxalq qanunlara uyğundur.

İRNA-nın məlumatına görə, Bəkir Bozdağ ABŞ-ın Türkiyəli iş adamları və bank müdirlərinə qarşı İran ilə iqtisadi əməkdaşlıq bəhanəsi ilə məhkəmə işi qaldırmasını siyasi addım adlandırıb və deyib: Türkiyə beynəlxalq qanunlara hörmətlə yanaşır və öz ticarət əlaqələrini qanun əsasında formalaşdırır. 

ABŞ prokurorluğu son zamanlar Türkiyənin bəzi sabiq dövlət rəsmisini o cümlədən sabiq iqtisadiyyat naziri Zəfər Çağlayana qarşı cinayət işi qaldıraraq, onların adlarını məhkəmə axtarışında olan müttəhimlər siyahısına daxil edib. Bu şəxslər ABŞ-ın İrana qarşı sanksiyalarını dolayısı ilə pozmaqda İrana kömək etməkdə ittiham edirlər.