Türkiyənin İran ilə iqtisadi əlaqələri beynəlxalq qanunlara uyğundur
-
Türkiyənin İran ilə iqtisadi əlaqələri beynəlxalq qanunlara uyğundur
Türkiyənin baş nazir müavini və dövlət sözçüsü bazar ertəsi günü deyib: Ankara və Tehran arasındakı iqtisadi əlaqələr beynəlxalq qanunlara uyğundur.
İRNA-nın məlumatına görə, Bəkir Bozdağ ABŞ-ın Türkiyəli iş adamları və bank müdirlərinə qarşı İran ilə iqtisadi əməkdaşlıq bəhanəsi ilə məhkəmə işi qaldırmasını siyasi addım adlandırıb və deyib: Türkiyə beynəlxalq qanunlara hörmətlə yanaşır və öz ticarət əlaqələrini qanun əsasında formalaşdırır.
ABŞ prokurorluğu son zamanlar Türkiyənin bəzi sabiq dövlət rəsmisini o cümlədən sabiq iqtisadiyyat naziri Zəfər Çağlayana qarşı cinayət işi qaldıraraq, onların adlarını məhkəmə axtarışında olan müttəhimlər siyahısına daxil edib. Bu şəxslər ABŞ-ın İrana qarşı sanksiyalarını dolayısı ilə pozmaqda İrana kömək etməkdə ittiham edirlər.