Ankara: Amerikanın Qüdsə qarşı hərəkətləri faciəlidir
https://azeri.sahartv.ir/news/türkiyə-i288271-ankara_amerikanın_qüdsə_qarşı_hərəkətləri_faciəlidir
Türkiyə baş nazirinin sözçüsü deyib: Beytül-Müqəddəsin ABŞ tərəfindən sionist rejimin paytaxtı kimi rəsmən tanınması Orta şərqdə faciəyə səbəb olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 05, 2017 06:12 Asia/Baku
  • Ankara: Amerikanın Qüdsə qarşı hərəkətləri faciəlidir
    Ankara: Amerikanın Qüdsə qarşı hərəkətləri faciəlidir

Türkiyə baş nazirinin sözçüsü deyib: Beytül-Müqəddəsin ABŞ tərəfindən sionist rejimin paytaxtı kimi rəsmən tanınması Orta şərqdə faciəyə səbəb olacaq.

Röytersin verdiyi məlumata görə, Bekir Bozdağ dünən bildirib ki, Beytül-Müqəddəsi mühafizə regionda sakitlik üçün əhəmiyyət kəsb edir. 

Bozdağ həmçinin deyib: Beytül-Müqəddəsin tarixi mövqeyinin dəyişməsi sülh prossesinə son qoya bilər. 

Amerikan rəsmilərin dediklərinə görə, ABŞ prezidenti Donald Tramp qarşıdakı çərşənbə günü açıqlamasında Qüds şəhərini sionist rejimin paytaxtı elan etmək niyyətindədir.