Türkiyə və Yunanıstan ixtilafların həllinə maraqlı olduqlarını bildirib
https://azeri.sahartv.ir/news/türkiyə-i288625-türkiyə_və_yunanıstan_ixtilafların_həllinə_maraqlı_olduqlarını_bildirib
Türkiyə prezidenti və Yunanıstan baş naziri tarixi ixtilafların həll olunması, miqrantlarla əlaqədar məsələlər haqda, eləcə də iqtisadi əməkdaşlıqların davam etməsinə maraqlı olduqlarını vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 08, 2017 08:25 Asia/Baku
  • Türkiyə və Yunanıstan ixtilafların həllinə maraqlı olduqlarını bildirib

Türkiyə prezidenti və Yunanıstan baş naziri tarixi ixtilafların həll olunması, miqrantlarla əlaqədar məsələlər haqda, eləcə də iqtisadi əməkdaşlıqların davam etməsinə maraqlı olduqlarını vurğulayıblar.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Yunanıstan baş naziri Aleksis Sipras ötən gün Yunanıstana səfər etmiş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra mətbuat konfransında deyib: Mən sizi Yunanıstan və Türkiyə əlaqələrində yeni fəsli açmağa dəvət edirəm. Bu əlaqələr iki ölkə arasında əlaqə körpüsü ola bilər. 

Qeyd edək ki, Türkiyə və Yunanıstanın Egey dənizində mülkiyyət, bu dənizdə hava zolağı, bu dənizin adalarına hakimiyyət və Kipr adası məsələsində ciddi ixtilafları vardır. Bu ixtilaflar hərdən bir iki ölkə arasında ciddi gərginliyə səbəb olur.