Dek 09, 2017 16:32 Asia/Baku
  • Türkiyə və Yunanıstan başçılarının qarşılıqlı tənqidləri
    Türkiyə və Yunanıstan başçılarının qarşılıqlı tənqidləri

Türkyiə və Yunanıstan başçıları birgə mətbuat konfransında bir-birilərini tənqid atəşinə tutublar.

Türkiyə və Yunanıstan prezidentləri Afinada birgə mətbuat konfransında bir-birilərinə qarşı tənqidi fikirlər səsləndiriblər. Bununla da Ərdoğanın 2 günlük Yunanıstan səfəri gərgin başlanğıca malik olub. 

Yunanıstan hökuməti bundan öncə  Türkiyə prezidentinin Afinaya səfər etməsi ilə iki ölkə əlaqələrindəki buzların əriyəcəyinə ümidvar olduğunu bildirmişdi. 

Yunanıstan və Türkiyə, iki qonşu ölkə olmalarına və NATO-nun tərkibində yer almalarına baxmayaraq, ciddi ixtilaflara malikdirlər və ötən əsrin 70-ci illərindən bəri iki ölkə 3 dəfə müharibə astanasında qərarlaşıb. 

Ərdoğan Afinaya səfəri ərəfəsində Yunanıstanın Skay telekanalına verdiyi müsahibədə 1923-cü ildə imzalanan Lozanna müqaviləsinin müasir tələblərə cavab verəcək hala gətirilməsini istəyib. Ərdoğanın Yunanıstana səfəri zamanı gərginliyə səbəb olan amillərdən biri Türkiyənin Yunanıstandan dövlət çevrilişinə uğursuz cəhdin ardınca Yunanıstana sığınan 8 Türkiyə hərbçisinin Ankaraya təhvil verilməsi istəyi olub. Yunanıstan bu şəxslərin Türkiyədə ədalətli şəkildə mühakimə edilməyəcəklərini bəhanə edərək, onları Ankaraya təhvil verməkdən imtina edir. 

Ərdoğanın Yunanıstana olan səfəri zamanı paytaxt Afinada yüzə yaxın kürd aksiya keçirib. Onlar Ərdoğan əleyhinə şüarlar verib, onun fotoşəkilini yandırıblar. 

Ərdoğan 65 ildən sonra Yunanıstana səfər edən ilk Türkiyə prezidentidir. 

Teqlər