Türkiyə Netanyahunun sözlərini pisləyib
https://azeri.sahartv.ir/news/türkiyə-i288959-türkiyə_netanyahunun_sözlərini_pisləyib
Türkiyə prezidentinin sözçüsü sionist rejimin baş nazirinin Türkiyə prezidenti barədəki sözlərini pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 11, 2017 13:00 Asia/Baku
  • 
Türkiyə Netanyahunun sözlərini pisləyib
    Türkiyə Netanyahunun sözlərini pisləyib

Türkiyə prezidentinin sözçüsü sionist rejimin baş nazirinin Türkiyə prezidenti barədəki sözlərini pisləyib.

İbrahim Kalen bu gün bir bəyanatda sionist rejimin baş naziri Benyamin Netanyahunun Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan barədəki sözlərini pisləyərək, bu rejimdən fələstinlilərin ərazilərini işğal etməsinə son qoymasını tələb edibdir.

O, əlavə edib ki, beynəlxalq qanunlara məhəl qoymayan, Fələstin xalqının ərazilərini qəsb edən və BMT qətnamələrini sistematik surətdə pozan İsrail rejimi məsuliyyətə cəlb olunmalıdır.

Sionist rejimin baş naziri Benyamin Netanyahu Türkiyə prezidentinin sionist rejimə qarşı tənqidlərinə reaksiyada Ərdoğanı terrorizmə dəstək verməkdə və Türkiyədə jurnalistləri yatırmaqda ittiham edib.

Ərdoğan Amerikanın Qüds barədəki qərarına etiraz edən fələstinlilərin aksiyasının yatırılmasına reaksiyada etdiyi ən yeni çıxışında İsrail rejimini "terrorçu və işğalçı rejim" adlandırıb.