Dek 25, 2017 10:27 Asia/Baku
  • CHP sədrinin Yunanıstan müdafiə nazirinin sözlərinə reaksiyası
    CHP sədrinin Yunanıstan müdafiə nazirinin sözlərinə reaksiyası

Türkiyədə Cümhuriyyət Halk Partiyasının sədri Yunanıstan müdafiə nazirinin sözlərini tənqid edərək, deyib ki, növbəti prezident seçkilərində qalib gələcəyi təqdirdə, Yunanıstan tərəfindən "işğal olunmuş" adanı geri alacaqdır.

Kemal Kılıçdaroğlu dünən Yunanıstan müdafiə naziri Panos Kamnosun Egey dənizində yerləşən adalar barədəki sözlərini tənqid edərək, vəd verib ki, 2019-cu ilin noyabrında keçiriləcək prezident seçkilərində qalib gəldikdən sonra Yunanıstan tərəfindən "işğal olunmuş" bütün 18 adanı geri alacaqdır.

Kılıçdaroğlu həmçinin Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın Yunanıstana son səfərini və Yunanıstan rəsmilərilə görüşlərində həmin ölkə tərəfindən 18 adanın işğal olunması məsələsini qaldırmamasını tənqid edərək, deyib: Ərdoğan 18 türk adasının mülkiyyəti məsələsini irəli sürməməkdə səhlənkarlıq edibdir.

Rəcəb Tayyıb Ərdoğanın başçılığı altında Türkiyənin yüksək səviyyəli heyətinin Yunanıstana son səfərinə rəğmən, iki ölkənin Kipr adası, Egey dənizində qeyri-yaşayış daş adalarına hakimiyyət, bu dənizdə yayla, eləcə də hava məkanı və mülkiyyət kimi mövzular barədə fikir ayrılığı yerində qalmaqdadır.

Teqlər