Türkiyə və Rusiya arasında S-400 raket sisteminin təhvili üzrə müqavilə imzalanıb
https://azeri.sahartv.ir/news/türkiyə-i290653-türkiyə_və_rusiya_arasında_s_400_raket_sisteminin_təhvili_üzrə_müqavilə_imzalanıb
Türkiyə Kütləvi İnformasiya Vasitələri bildiriblər: Türkiyə və Rusiya S-400 zenit raket komplekslərinin Türkiyəyə təhvil verilməsi üzrə müqaviləni imzalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 29, 2017 16:57 Asia/Baku
  • Türkiyə və Rusiya arasında S-400 raket sisteminin təhvili üzrə müqavilə imzalanıb
    Türkiyə və Rusiya arasında S-400 raket sisteminin təhvili üzrə müqavilə imzalanıb

Türkiyə Kütləvi İnformasiya Vasitələri bildiriblər: Türkiyə və Rusiya S-400 zenit raket komplekslərinin Türkiyəyə təhvil verilməsi üzrə müqaviləni imzalayıblar.

Röytersin Türkiyə KİV-nə istinadla verdiyi məlumata görə, 2 milyard 500 milyon dollar dəyərində Rusiyanın S-400 zenit raket komplekslərinin Türkiyəyə təhvil verilməsi üzrə Türkiyə və Rusiya rəsmiləri arasında müqavilənin imzalanması qərb ölkələrinin nigaranlığına səbəb olub. 

Rusiya təxminən 4 ay öncə 2 ədəd S-400 raket kompleksinin Türkiyəyə satılması üzrə razılaşıb. 

Türkiyə Şimali Atlantik Alyansı NATO-ya üzvdür. 

Türkiyə rəsmilərinin qənaətincə, bu raket sistemi ölkənin önləyicilik qüdrətini təkmilləşdirmək üçün zəruridir.