İran və Türkiyənin strateji hüquqi və ədliyyə komitəsinin iclası keçirilib
-
İran və Türkiyənin strateji hüquqi və ədliyyə komitəsinin iclası keçirilib
İran və Türkiyənin hüquqi və ədliyyə əməkdaşlıqları və münasibətlərinin inkişaf etdirilməsi məqsədilə iki ölkənin birgə hüquqi əməkdaşlıqlar strateji komitəsinin ikinci iclası keçirilib.
Fars Xəbər Agentliyinin məlumatına görə, 2009-cu ildə Ankarada imzalanan hüquq və cəza məsələlərində hüquqi əməkdaşlıq razılaşmasının icra edilməsi məqsədilə İran və Türkiyənin birgə hüquqi əməkdaşlıqlar strateji komitəsinin 2-ci iclası 26-29 dekabrda Ankarada keçirilib.
Bu iclas Türkiyə Ədliyyə Nazirliyinin ev sahibliyi ilə İranın Ədliyyə Nazirliyi, Məhkəmə Hakimiyyəti, Xarici İşlər Nazirliyi və İranın Ankardakı səfirliyinin əlaqədar rəsmilərinin iştirakı ilə keçirilib.
İclasda iki tərəf qarşılıqlı hüquqi və ədliyyə münasibətləri sahəsində ikitərəfli münasib anlaşmaların artırılmasını vurğulayıb.