Ərdoğan Türkiyənin keçmiş prezidenti və parlament sədrinə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/türkiyə-i290877-Ərdoğan_türkiyənin_keçmiş_prezidenti_və_parlament_sədrinə_xəbərdarlıq_edib
Türkiyə prezidenti bu ölkənin keçmiş prezidenti Abdullah Gülə və keçmiş parlament sədri Bülənt Arınça CHP sədri ilə eyni istiqamətdə hərəkət etmək barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 31, 2017 18:19 Asia/Baku
  • Ərdoğan Türkiyənin keçmiş prezidenti və parlament sədrinə xəbərdarlıq edib
    Ərdoğan Türkiyənin keçmiş prezidenti və parlament sədrinə xəbərdarlıq edib

Türkiyə prezidenti bu ölkənin keçmiş prezidenti Abdullah Gülə və keçmiş parlament sədri Bülənt Arınça CHP sədri ilə eyni istiqamətdə hərəkət etmək barədə xəbərdarlıq edib.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan dünən Sinop şəhərindəki çıxışında Abdullah Gül ilə Bülənt Arınçın Kamal Kılıçdaroğlu ilə eyni istiqamətdə hərəkət etmələrindən narazılıq edərək, deyib: Bizimlə ortaq amallara malik olan kəslər bizim düşmənimizlə səs-səsə verməməlidirlər.

Türkiyənin keçmiş prezidenti Abdullah Gül son zamanlar Türkiyə dövlətinin çevrilişçilərlə həmkarlıq bəhanəsilə vətəndaşlara qarşı təzyiqlərin şiddətləndirilməsi üzrə səyini tənqid etmişdi.

Türkiyənin keçmiş parlament sədri Bülənt Arınç da Abdullah Gülün bu barədəki mövqeyinə dəstək vermişdi.