Türkiyə xarici işlər naziri: Suriya böhranının sona çatmasının vaxtı gəlib çatıbdır
https://azeri.sahartv.ir/news/türkiyə-i292049-türkiyə_xarici_işlər_naziri_suriya_böhranının_sona_çatmasının_vaxtı_gəlib_çatıbdır
Türkiyənin xarici işlər naziri Amerikada çıxan Newsweek qəzetindəki bir məqalədə yazıb ki, Türkiyə, Rusiya və İran İslam Respublikasının zəmanət verdiyi Astana müzakirələrinin səkkiz turu nəticəsində Suriyada zorakılıq və əmin-amansızlıq miqdarı azalıb və bu ölkədəki böhrana son qoymağın vaxtı gəlib çatıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 12, 2018 07:44 Asia/Baku
  • Türkiyə xarici işlər naziri: Suriya böhranının sona çatmasının vaxtı gəlib çatıbdır
    Türkiyə xarici işlər naziri: Suriya böhranının sona çatmasının vaxtı gəlib çatıbdır

Türkiyənin xarici işlər naziri Amerikada çıxan Newsweek qəzetindəki bir məqalədə yazıb ki, Türkiyə, Rusiya və İran İslam Respublikasının zəmanət verdiyi Astana müzakirələrinin səkkiz turu nəticəsində Suriyada zorakılıq və əmin-amansızlıq miqdarı azalıb və bu ölkədəki böhrana son qoymağın vaxtı gəlib çatıbdır.

İRNA-nın məlumatına görə, Mövlud Çavuşoğlu "Suriyada sülh necə qurulur?" başlıqlı məqaləsində qeyd edib ki, Suriyada atəşkəs gərginliyin azaldılması məntəqələrinin yaradılması ilə möhkəmlənibdir.

Türkiyənin xarici işlər naziri bildirib ki, Astana müzakirələri prosesi on aylıq fasilədən sonra Cenevrə müzakirələrinin bərpa olunmasına səbəb oldu. O, qeyd edib ki, Cenevrə prosesinin sonrakı dövrələri də bərpa olunmalı və izlənilməlidir.

Mövlud Çavuşoğlu söyləyib: Rusiyanın Soçi şəhərində keçirilməli olan Suriya milli dialoq konfransı da Suriyada sülh prosesi üçün mühüm bir məşq ola bilər.

Suriyada əhatəli atəşkəs Suriya dövlətinin nümayəndəsi kimi İran İslam Respublikası və Rusiyanın və terrorçuların nümayəndəsi kimi Türkiyənin iştirakı və razılığı ilə 2016-cı il dekabrın 30-da bərqərar edilibdir.