Türkiyədə fövqəladə durum bir daha uzadılır
-
Türkiyədə fövqəladə durum bir daha uzadılır
Türkiyə dövləti bu ölkədəki fövqəladə durumu uğursuz 2016-clı il 15 iyul çevrilişindən sonra altıncı dəfə və daha üç ay müddətinə uzadır.
Türkiyə dövlətinin sözçüsü Bəkir Bozdağ dünən gecə nazirlər kabinetinin iclasından sonra deyib: Milli təhlükəsizlik şurasının tövsiyəsinə əsasən, fövqəladə vəziyyət 2018-ci il yanvarın 19-dan etibarən altıncı dəfə və daha üç ay müddətinə uzadılacaq və onun layihəsi yekun təsdiq üçün Türkiyə parlamentinə göndərilibdir.
Bozdağ ABŞ-ın İraqda və Suriyanın şimalında otuz min nəfərlik sərhəd qüvvələrinin təşkili barədəki son addımı haqda belə deyib: Türkiyənin Amerika başçılarının təzadlı vədləri ilə bağlı səbri tükənib və Ankara öz ərazi bütövlüyü, xalqı və dövlətinin yaşaması məqsədilə lazımi addımların atılmasında heç kəsdən icazə almır.
Türkiyə dövlətinin sözçüsü əlavə edib: Bir daha öz müttəfiqlərimizdən istəyirik ki, Suriyanın şimalında YPG və PYD qruplarına verilmiş silahları geri alsın və Türkiyənin cənub sərhədlərində bir terror ordusu və terror koridorunun təşkili üzrə fəaliyyətlərindən əl çəksinlər.
Qeyd edək ki, Türkiyə milli təhlükəsizlik şurası da özünün son iclasında ABŞ-ın və Türkiyənin NATO-dakı müttəfiqlərinin Suriyanın şimalında PYD və YPG-yə verdikləri silah dəstəyindən təəsüf edərək, bildirib ki, Türkiyə öz sərhədləri yaxınlığında bir terror ordusu və terror koridorunun təşkilinə icazə verməyəcək və bununla bağlı lazımı tədbirləri görəcəkdir.