Türkiyə prezidenti Suriyanın şimalında hərbi əməliyyatların davam edəcəyini dedi
Yan 20, 2018 16:11 Asia/Baku
-
Türkiyə prezidenti Suriyanın şimalında hərbi əməliyyatların davam edəcəyini dedi
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bu ölkə ordusunun Suriyanın şimalında xüsusilə Afrindəki hərbi əməliyyatlarının davam edəcəyini deyib.
İRİB-nin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan şənbə günü etdiyi çıxışında deyib: Türkiyə ordusunun Suriyanın Hələb vilayətinin şimal-qərbində yerləşən Afrin məntəqəsindəki əməliyyatı davam edir və Afrinin yaxınlığında yerləşən Mənbic şəhərində də tezliklə hərbi əməliyyatlara başlanacaq.
Rəcəb Təyyib Ərdoğan bu sözləri Kutahyada hakim Ədalət və İnkişaf Partiyasının üzvləri qarşısında etdiyi çıxışı zamanı deyib
Türkiyə prezidenti həmçinin, ABŞ rəsmilərinin riyakarlığı və ikiüzlülüyünü tənqid edərək, deyib: Amerika Türkiyənin regiondakı rəftarları haqda fikir bildirmək haqqına malik deyil.
Teqlər