Çavuşoğlu: ABŞ terrorizmlə mübarizədə çaşqın durumdadır
-
Türkiyə xarici işlər naziri
Türkiyə xarici işlər naziri deyib: ABŞ terrorizmlə mübarizədə çaşqın duruma düşüb və elə buna görə, bu ölkə rəsmiləri ziddiyyətli açıqlamalar verirlər.
İRNA-nın məlumatına görə, Mövlud Çavuşoğlu deyib: Amerikalılar terror qrupları ilə mübarizə bəhanəsi ilə ölkələrə daxil olub və bu ölkələri işğal ediblər. Buna görə, bizə insansevərlik dərsini öyrədə və ya Suriyanın Afrin şəhərində terrorçularla mübarizə əməliyyatının durdurulmasına göstəriş verə bilməzlər.
Çavuşoğlu Afrin əməliyyatının sona çatması haqda bildirib: Bu əməliyyat Afrində bütün terrorçuların məhv ediləcəyi zamana qədər davam edəcək.
ABŞ-ın suriyalı kürd müxaliflərə, əsasən də YPG-yə silah göndərməklə Suriyada terrorçu qrupları dəstəkləməsi Türkiyə hökumətinin narazılığına səbəb olub.
Türkiyə Suriyanın şimal-qərbində Afrin şəhərində Zeytun Budağı əməliyyatını 20 yanvardan başlayıb və 8 gündür davam edir.
Suriya Xarici İşlər Nazirliyi Türkiyə ordusunun Afrin əməliyyatını qınayaraq, bu əməliyyatı Suriyanın milli hakimiyyətinin pozulması hesab edib.