Türkiyə amerikalı qüvvələrin Münbicdən çıxmasını istəyib
https://azeri.sahartv.ir/news/türkiyə-i293743-türkiyə_amerikalı_qüvvələrin_münbicdən_çıxmasını_istəyib
Türkiyə qüvvələrinin Suriyanın şimalında amerikalı qüvvələrlə toqquşması haqda bundan öncə xəbərdarlıq edən Türkiyə xarici işlər naziri amerikalı hərbçilərin Suriyanın Münbic şəhərindən çıxmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 27, 2018 15:53 Asia/Baku
  • 
Türkiyə amerikalı qüvvələrin Münbicdən çıxmasını istəyib
    Türkiyə amerikalı qüvvələrin Münbicdən çıxmasını istəyib

Türkiyə qüvvələrinin Suriyanın şimalında amerikalı qüvvələrlə toqquşması haqda bundan öncə xəbərdarlıq edən Türkiyə xarici işlər naziri amerikalı hərbçilərin Suriyanın Münbic şəhərindən çıxmasını istəyib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu şənbə günü ABŞ-dan dərhal öz qüvvələrini Suriyanın şimalında Münbicdən çıxarmasını istəyib.

2004-cü il statistikasına əsasən, Suriyanın şimalında Hələb vilayətinin Münbic şəhərində azı 400 min nəfər yaşayırdı. Bu şəhər silahlı qruplar tərəfindən işğal edildikdən sonra, İŞİD terror qruplaşmasının nəzarətinə keçib. Hazırda isə ABŞ-ın dəstəklədiyi Suriya kürd qüvvələrinin nəzarətindədir.

Türkiyə Kütləvi İnformasiya Vasitələrinin məlumatına görə, Türkiyə xarici işlər naziri deyib: ABŞ terrorçulara dəstəyə son qoymaq üçün hiss olunacaq addımlar atmalı, sadəcə çıxışlar etməməli və dərhal Münbicdən çıxmalıdır.

Türkiyə bir həftədən atıqdır ki, "Suriya Azad Ordusu" qrupu kimi silahlı yaraqlıların dəstəyi ilə Suriyanın şimal-qərbində Afrin bölgəsində kürd qrupları əleyhinə əməliyyat keçirməkdədir.

Ankara bundan öncə, Suriyanın şimalında Türkiyə hərbçiləri ilə Amerika hərbçiləri arasında toqquşma haqda xəbərdarlıq etmiş və ABŞ-dan Suriyanın şimalında və Türkiyə sərhədi yaxınlığında kürd yaraqlılara silah dəstəyinə son qoymasını istəmişdi.

Türkiyənin Suriyanın şimal-qərbində Afrin bölgəsində Zeytun Budağı əməliyyatı 20 yanvarda başlayıb və artıq səkkizinci günə daxil olub.

Suriya Xarici İşlər Nazirliyi Türkiyə ordusunun Afrin şəhərində hərbi əməliyyat keçirməsini qınayaraq bu hərəkəti Suriyanın milli hakimiyyətinin pozulması hesab edir.