Suriyanın şimalında Ankara ilə müxalif yüzlərlə kürd öldürülüb
Yan 29, 2018 09:17 Asia/Baku
-
Suriyanın şimalında Ankara ilə müxalif yüzlərlə kürd öldürülüb
Türkiyə ordusu Suriyanın şimalında Ankara ilə müxalif yüzlərlə kürdün öldürülməsindən xəbər verib.
Türkiyə ordusunun baş qərargahı Suriyanın şimalındakı Afrin məntəqəsini ələ keçirmək üzrə "Zeytun budağı" adlı hərbi əməliyyatının doqquzuncu günündə Suriyanın şimalında Ankara ilə müxalif kürdlərin tələfatını bugünədək 484 nəfər elan edibdir.
Bundan öncə Türkiyə ordusunun baş qərargahı həmin rəqəmi 343 nəfər elan etmişdi.
Türkiyə ordusunun Suriyanın şimal-qərbindəki Afrin məntəqəsində keçirdiyi "Zeytun budağı" adlı hərbi əməliyyat yanvarın iyirmisində başlanıb.
Suriya dövləti Türkiyənin hərbi əməliyyatını Afrin şəhərinə qarşı təcavüz və Suriyanın ərazi bütövlüyünün pozulması adlandırıb və onu pisləyibdir.
Teqlər