Türkiyədə 100 mindən çox dövlət işçisi qovulub
-
Türkiyədə 100 mindən çox dövlət işçisi qovulub
Türkiyə baş nazirinin müavini deyib: 2016-cı il uğursuz dövlət çevrilişindən sonra Türkiyədə dövlət orqanlarında çalışan 110 min 778 nəfər işdən qovulub.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ deyib: Sözü gedən şəxslərin işdən qovulmaları nazirlər kabinetinin qəbul etdiyi qərar əsasında verilən göstərişlər çərçivəsində baş tutub.
Bozdağ hökumətin fövqəladə vəziyyəti ilk 3 aydan sonra ləğv etmək niyyətində olduğunu bildirərək deyib: Sonra baş verən hadisələr Gülən qrupu ilə effektli mübarizə üçün fövqəladə vəziyyətin vaxtının uzadılmasına zərurət yaratdı və 6-cı dəfə olaraq Türkiyədə fövqəladə vəziyyətin müddəti uzadılır.
Koniya prokuroru isə bu gün Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə 120 nəfərin həbs edildiyini deyib.