Türkiyə xarici işlər naziri suriyalı kürdlərə silah göndərilməsinin dayandırılmasını istəyib
Fev 02, 2018 10:19 Asia/Baku
Türkiyənin xarici işlər naziri ABŞ tərəfindən Suriyanın şimalındakı silahlı kürd qruplara silah göndərilməsinin dayandırılmasını istəyib.
Mövlud Çavuşoğlu Türkiyə ordusunun Suriyanın şimalındakı Afrin şəhərində keçirdiyi əməliyyat barədə ABŞ ilə Türkiyə arasındakı mövcud çəkişmələr barədə deyib ki, Ankara Amerikadan Suriyanın şimalındakı silahlı kürd qruplara silah göndərməsini dayandırmasını istəyib. Amma Vaşinqton bu köməkləri davam etdirir.
Türkiyənin xarici işlər naziri vurğulayıb ki, bu ölkə ordusunun Suriyanın Afrin şəhərində keçirdiyi əməliyyat silahlı qrupların məhvinədək davam edəcək.
Amerikanın YPG, PYD və PKK silahlı kürd qruplarını himayə etməsi Ankara-Vaşinqton əlaqələrinin kəskinləşməsinə səbəb olubdur.
Teqlər