Türkiyə ordusu PKK-nın mövqelərinə qarşı hava hücumları keçirib
Fev 02, 2018 14:36 Asia/Baku
Türkiyə ordusunun qırıcıları İraqın şimalında PKK-nın mövqelərini bombalayıblar.
Türkiyə silahlı qüvvələrinin baş qərargahı bildirib ki, bu ölkə ordusunun qırıcıları bu gün PKK ünsürlərinin İraqın şimalındakı müxtəlif məntəqələrdə yerləşən məkan və mövqelərini bomabalayaraq, onların azı dörd gizli məkanı, müdafiə istehkamı və sursat anbarını məhv ediblər.
Türkiyə ordusunun qırıcıları dünən də bu silahlı kürd qrupun İraqın şimalındakı müxtəlif məntəqələrdə yerləşən məkan və mövqelərini bomabalayıblar ki, deyilənlərə görə, bu hücumlar nəticəsində PKK-nın azı əlli üzvü öldürülüb.
Belə bir halda, türk mənbələr Türkiyənin cənubunda və şərqində PKK üzvləri tərəfindən üç Türkiyə hərbçisinin öldürülməsindən xəbər veriblər.
Teqlər