Afrində qadın döyüşçünün orqanlarının kəsilməsi kadrlarının yayılmasına reaksiya
-
Afrində qadın döyüşçünün orqanlarının kəsilməsi kadrlarının yayılmasına reaksiya
Türkiyə ordusuna bağlı silahlı qrupların üzvlərinin Suriyanın Afrin şəhərində bir qadın döyüşçünün cəsədinin üzvlərini kəsməsi ilə bağlı kadrların yayılması irimiqyaslı reaksiyalara səbəb olub.
Əl-Hədəs televiziyasının məlumatına görə, Afrin şəhərində kürd qadın döyüçünün cəsədinin orqanlarının kəsilməsi ilə bağlı iki video-çarğın yayılması kürdlərin qəzəblənməsinə səbəb olub.
Suriya İnsan Haqları Gözətçisi Təşkilatı bu iki video-çarxı yayımlayaraq bildirib ki, bu yaraqlılar Suriyanın Afrin şəhərində hərbi əməliyyatında iştrak edən silahlı qrupların üzvləridir.
Bu təşkilat bildirib: Hadisə Afrin rayonunun Bülbül bölgəsinin əl-Qərnə kəndində ötən çərşənbə axşamı günü baş verib.
Yerli kürd rəsmilər də bildiriblər ki, Barin Kubaniyə aid cəsəd Xalq Müdafiə Qüvvələri döyüşçülərinin kənarında döyüşən qadınların müdafiəsi qüvvələrinin döyüşçülərindən biridir.